İstifadəçi ilə Müqavilə


İstifadəçi ilə Müqavilə İnternet şəbəkəsində www.pushkininstitute.ru ünvanında yerləşdirilmiş və Ali Təhsil Federativ Dövlət Büdcə Tədris Müəssisəsi (АТ FDBTM) «A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu»nun "Rus Dilində Təhsil" Portallndan istifadə edərkən mütləq əməl edilməli şərtləri müəyyənləşdirən hüquqi cəhətdən zəruri bir sənəddir.

1. "Rus Dilində Təhsil" Portalı haqqında məlumat
1.1. "Rus Dilində Təhsil" Portalı rus dilinin distant tədrisi platformasını, rus dili müəllimlərinin distant ixtisasartırma sistemini, rus dilini öyrənən müxtəlif yaşda insanlar üçün rus dilində onlayn-kurslar sistemini və portal istfadəçilərinin tematik ünsiyyəti üçün sosial şəbəkəni birləşdirmək məqsədi ilə yaradılıb.
1.2 "Rus Dilində Təhsil" Portalı aşağıdakı xidmətləri göstərir:
1.2.1 A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun fəaliyyəti, Rusiya Federasiyası (RF) ərazisində təlim sistemi, rus dilinin öyrənilməsi sahəsində yenilik və tədbirlər barədə məlumatlandırma;
1.2.2 müxtəlif kateqoriyalı istifadəçilərə rus dili üzrə distant təhsil verilməsi;
1.2.3 rus dili müəllimlərinin ixtisasının artırılması;
1.2.4 bütün arzu edənlərin rus dili üzrə bilikləri səviyyəsinin müəyyənləşdirilməsi.
1.4 "Rus Dilində Təhsil" Portalı qlobal İnternet şəbəkəsində www.pushkininstitute.ru ünvanında yerləşdirilib.
1.5 "Rus Dilində Təhsil" Portalının yerləşdiyi saytın sahibi və administratoru Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Ali Təhsil Federativ Dövlət Büdcə Tədris Müəssisəsi (АТ FDBTM) “A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu”dur (bundan sonra – İnstitut).

2. Ümumi müddəalar
2.1 Bu İstifadəçi ilə Müqavilənin predmeti İnstitut tərəfindən İnternet şəbəkəsi vasitəsilə "Rus Dilində Təhsil" Portalına daxil oan şəxsə (bundan sonra – İstifadəçi) həmin İstifadəçi ilə Müqavilədə açıqlanmış şərtlərlə Portal və onun xidmətlərindən istifadə etməyə icazə verilməsidir.
2.2 Bu İstifadəçi ilə Müqavilənin güvvəsi "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş informasiya, material və servislərə, onların sonrakı modifikasiyasına, "Rus Dilində Təhsil" Portalında gələcəkdə dərc ediləcək bütün informasiya və yerləşdiriləcək servislərə, həmçinin İstifadəçinin “Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş və sonradan yerləşdiriləcək informasiya, material və servislərdən faydalanan zaman etdiyi bütün hərəkətlərə şamil olunur.
2.3 İnstitutun və İstifadəçinin (bundan sonra – Tərəflər, Tərəf) münasibətləri İnstitutun ayrı-ayrı sənədləri ilə əlavə olaraq tənzimlənə bilər. Belə əlavə sənədlərin tətbiqi həmin İstifadəçi ilə Müqaviləni qüvvədən salmır.
2.4 "Rus Dilində Təhsil" Portalı istifadəsi ödənişli olan content təqdim edir. İnstitut və İstifadəçinin ödənişli kontentin təqdim edilməsinə dair münasibətləri “A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu” АТ FDBTM və İstifadəçi arasında bağlanmış ayrıca müqavilə ilə əlavə olaraq tənzimlənir.
2.5 İstifadəçi ilə Müqavilə İnstitut tərəfindən İstifadəçiyə hər hansı xüsusi bir xəbərdarlıq etmədən tamamlana, dəyişdirilə bilər. İstifadəçi ilə Müqavilənin yeni redaksiyası İnternet şəbəkəsində, İstifadəçi ilə Müqavilənin yeni redaksiyasında başqa hallar nəzərdə tutulmamışdırsa, 1.4 bəndində göstərilmiş ünvanda yerləşdirildiyi vaxtdan etibarən qüvvəyə minir. Dəyişikliklərdən sonra "Rus Dilində Təhsil" Portalından istifadənin davam etdirilməsi İstifadəçinin bu dəyişiklik və/ya əlavələrlə razıl olduğunu bildirir. Əgər İstifadəçi bu İstifadəçi ilə Müqaviləyə riayət etməyə razı deyilsə, o, "Rus Dilində Təhsil" Portalı xidmətlərindən faydalanmağı dayandırmalıdır

3. İstifadəçinin qeydiyyatı və uçot yazısı
3.1 "Rus Dilində Təhsil" Portalının xidmətlərindən istifadə etmək üçün İstifadəçi qeydiyyatdan keçməlidir. Bunun nəticəsində İstifadəçi üçün unikal bir uçot yazısı yaradılacaq və "Rus Dilində Təhsil" Portalına daxil olmaq üçün login və parol veriləcək.
3.2 Qeydiyyat zamanı İstifadəçi qeydiyyat formasında təklif edilən suallara, əsasən, özü haqqında düzgün və tam məlumat verməyi və bu məlumatı aktual vəziyyətdə saxlamağı öhdəsinə götürür. Əgər İstifadəçi yanlış məlumat verirsə və ya İnstitutun İstifadəçinin verdiyi məlumatın dolğun və/ya düzgün olmadığını güman etməyə əsası varsa, İnstitut öz mülahizəsinə əsaslanaraq İstifadəçinin uçot qeydiyyatını qapamaq və ya silmək və İstifadəçini "Rus Dilində Təhsil" Portalından yararlanmaqdan məhrum etmək hüququna malikdir.
3.3 İnstitut İstifadəçidən hər bir zaman qeydiyyat vaxtı verdiyi məlumatları təsdiq eməyi və bununla bağlı təsdiqedici sənədləri tələb etmək hüququnu öz ayağında saxlayır. Həmin sənədlərin təqdim edilməməsi qeyri-mötəbər məlumatların verilməsinə bərabər tutula və İstifadəçi ilə Müqavilənin 3.2-ci bəndində göstərilmiş nəticələrə gətirib çıxara bilər.
3.4 İstifadəçinin uçot yazısındakı şəxsi məlumatları Şəxsi məlumatların mühafizəsi haqqında Əsasnamənin (Şəxsi məlumatlara dair siyasət) və Məxfilik siyasətinin şərtlərinə uyğun olaraq saxlanılır və işlənir.
3.5 Qeydiyyat zamanı İstifadəçi uçot yazısına daxil olması üçün sərbəst surətdə özünə login (İstifadəçinin uçot yazısnın unikal simvollu adı) və parol seçir. İnstitut müəyyən loginlərin istifadəsini qadağan etmək, həmçinin müəyyən loginlər və parollara tələblər qoymaq (uzunluğu, yol verilən simvollar və s.) hüququna malikdir.
3.6 İstifadəçinin öz login və parolunu üçüncü şəxslərə vermək hüququ yoxdur və o, onun login və parolunun təhlükəsizliyi və məxfiliyinin təmin olunmasına, həmçinin "Rus Dilində Təhsil" Portalında onun uçot yazısıyla edilmiş bütün hərəkətlərə görə məsuliyyət daşıyır. Bu zaman, İstifadəçi İstifadəçi ilə Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada İnstitutu İstifadəçinin uçot yazısından istifadə edilməklə “Rus Dilində Təhsil" Portalına icazəsiz daxil olunduğu və/və ya onun parolunun məxfiliyinin hər hansı bir şəkildə pozulduğu (pozulduğuna şübhəlrin olduğu) barədə xəbərdar etdiyi hallar istisna olmaqla, İstifadəçinin uçot yazısının adı ilə görülmüş bütün hərəkətlər İstifadəçinin özü tərəfindən edilmiş sayılır.
3.7 İstifadəçi İnstitutu İstifadəçinin uçot yazısından istifadə edilməklə “Rus Dilində Təhsil" Portalına hər hansı icazəsiz daxilolma halları və/və ya onun parolunun məxfiliyinin hər hansı bir şəkildə pozulduğu (pozulduğuna şübhəlrin olduğu) barədə dərhal xəbərdar etməlidir. Təhlükəsizlik məqsədilə, İstifadəçi “Rus Dilində Təhsil" Portalı ilə iş qurtardıqdan sonra öz uçot yazısıyla müstəqil surətdə işin təhlükəsiz şəkildə başa çatdırılmasını ("Çıxış" servisi) həyata keçirməyə borcludur. İnstitut İstifadəçi ilə Müqavilənin bu hissəsinin müddəalarının İstifadəçi tərəfindən pozulması səbəbindən məlumatların mümkün itkisi və ya korlanmasına, həmçinin baş verə biləcək istənilən xarakterli digər nəticələrə görə məsuliyyət daşımır.
3.8. İnstitut, səbəbini izah etmədən, o cümlədən, İstifadəçi ilə Müqavilənin şərtlərinin və ya bu İstifadəçi tərəfindən Müqavilədə nəzərdə tutulmuş digər sənədlərin şərtlərinin İstifadəçi tərəfindən pozulduğu təqdirdə İstifadəçinin uçot yazısını qapamaq, yaxud silmək, həmçinin hər hansı bir uçot yazısından istifadə etməklə Portalın müəyyən xidmətlərinə daxilolmanı qadağan etmək və hər hansı materialları silmək hüququna malikdir.
3.9 Bu İstifadəçi ilə Müqavilənin şərtlərini qəbul etməklə İstifadəçi təsdiq edir ki, onun kompüteri minimal sistem tələblərinə cavab verir və onda dəstəklənən brauzerlərdən biri (10-cu versiyadan yuxarı (yeni) Internet Explorer, 15-ci versiya Mozilla Firefox, 30-cu versiyadn yuxarı Google Chrome, 8-ci versiyadan yuxarı Safari) və Adobe flash-pleyeri quraşdırılıb.
4. "Rus Dilində Təhsil" Portalından istifadə şərtləri
4.1 İnstitut birtərəfli qaydada "Rus Dilində Təhsil" Portalında məlumat, material və xidmətlər yerləşdirməyə, "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş infdormasiya, material və xidmətləri dəyişdirməyə və silməyə haqlıdır.
4.2 İnstitut İstifadəçi ilə razılaşdırılmadan "Rus Dilində Təhsil" Portalını hər cür üsulla öz mülahizəsinə görə modifikasiya emək, o cümlədən, "Rus Dilində Təhsil" Portalının dizaynını, xidmətlərin göstərilməsi şərtlərini dəyişdirmək, yeni xidmətlər təklif etmək hüququna malikdir, həmçinin yuxarıda göstərilmiş işlərin aparılması prosesində "Rus Dilində Təhsil" Portalından istifadəni dayandırmağa haqlıdır. "Rus Dilində Təhsil" Portalına və/və ya servisə girişin uzun müddətə (6 saatdan çox) bağlanacağı təqdirdə İnstitut İstifadəçiyə, buna imkan olduğu halda, bu barədə xəbər veruir.
4.3 İnstitut İstifadəçinin razılığı ilə İstifadəçinin göstərdiyi elektron poçtu ünvanlarına informasiya bülletenləri göndərişlərini etməyə haqlıdır.
4.4 İstifadəçi özünə İnternetə daxil olmağı və trafik haqqının ödənilməsini müstəqil şəkildə təmin etməyi öhdəsinə götürür.
4.5 İstifadəçi Portaldan şəxsi qeyri-kommersiya məqsədləri üçün istifadə edəcəyinə zamanət verir.
4.6 İstifadəçi "Rus Dilində Təhsil" Portalından istifadə etməsi ilə bağlı öz hərəkətlərinə görə, o cümlədən, əgər belə hərəkətlər üçüncü şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olacaqsa, üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır. Həmçinin "Rus Dilində Təhsil" Portalından istifadə etdiyi zaman qanunvericiliyə, o cümlədən, beynəlxalq hüquq normalarına riayət olunmasına cavabdehdir.

5. İstifadəçinin materialları. Üçüncü şəxslərin materialları
5.1 "Rus Dilində Təhsil" Portalının xidmət və servislərindən istifadə edərkən, İstifadəçi yaratdığı materialları orada yerləşdirə bilər. Bu zaman İstifadəçi yaratdığı materiallar xüsusunda intellektual hüquqlarını saxlayır və onlara görə, o cümlədən yerləşdirilən materialların məzmununun Rusiya Federasiyasının mövcud qanunvericiliyinə, beynəlxalq hüquq normalarına uyğunluğuna görə məsuliyyət, o cümlədən üçüncü şəxslərin intellektual hüquqlarının pozulmasına görə məsuliyyət də daxil olmaqla, üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.
5.2 İstifadəçi öz materiallarını saytda yerləşdirməklə digər şəxslərə onlardan Portal daxilində şəxsi qeyri-kommersiya məqsədləri üçün istifadə etməyə qeyri-müstəsna hüquq verir.
5.3 İnstitut İstifadəçinin materiallarını yerləşdirilməkdən imtina etmək, Rusiya Federasiyasının mövcud qanunvericiliyini, beynəlxalq hüquq normalarını, habelə üçüncü şəxslərin intellektual hüquqlarını pozan materialları silmək hüququnu öz ayağında saxlayır.
5.4 "Rus Dilində Təhsil" Portalının xidmət və servislərindən istifadə edərkən, İstifadəçi müəllim, digər istifadəçi və/və ya üçüncü şəxslərin materiallarına daxil olmaq, bu materiallardan istifadə etmək imkanı əldə edir. İnstitut istifadəçilərin yerləşdirdiyi məlumat və materialların qeyri-dəqiq və ya qanunsuz olduğu üçün məsuliyyət daşımır.
5.5 "Rus Dilində Təhsil" Portalı hipeгmətni istinadlar vasitəsilə digər veb-saytların resurslarına daxilolma təqdim edir, bu zaman Administrator kənar veb-saytlarda yerləşdirilmiş məlumat və materiallara görə məsuliyyət daşımır. İnstitut kənar veb-saytlara, materiallara daxilolma və onlardan istifadə olunması xüsusunda məsuliyyət daşımır və zəmanət vermir.
5.6 Kənar veb-sayt, məhsul, xidmət, servis və məlumata "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş istinad (link) həmin veb-sayt, məhsul və xidmətlərin təqdir və ya tövsiyə olunduğu demək deyil. İstifadəçi İnstitutun "Rus Dilində Təhsil" Portalında yerləşdirilə bilən reklamla bağlı hər hansı məsuliyyət daşımadığı və heç bir öhdəliyinin olmadığı ilə razıdır.
6. "Rus Dilində Təhsil" Portalından istifadə edilməsi üzrə məhdudiyyətlər
6.1 İstifadəçinin "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş hər hansı material və məlumatların surətini çıxarmaq, onları köçürmək, hər hansı daşıyıcıda saxlamaq, başqasına ötürmək, yaymaq hüququ yoxdur. İstifadəçi həmçinin "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş məlumat və materialları modifikasiya etmək, uyğunlaşdırmaq hüququna malik deyil.
6.2 Belə bir funksiyanın "Rus Dilində Təhsil" Portalında və ya müvafiq servisdə və ya birbaşa nəzərdə tutulduğu hallardan başqa İstifadəçinin Portalda əlçatan olan xidmət və servislərin surətini çıxarmaq, onları köçürmək, saxlamaq, yaymaq hüququ yoxdur,
6.3 İstifadəçinin "Rus Dilində Təhsil" Portalından aşağıdakıları həyata keçirmək hüququ yoxdur:
6.4 Qoyulmuş qadağaya baxmayaraq, "Rus Dilində Təhsil" Portalından istifadə zamanı İstifadəçi tərkibində reklam, təhqir və ya ədəbsiz xarakterli məlumatların olduğu, həmçinin tətbiq edilə bilən, müvafiq qanunvericiliyi, üçüncü şəxslərin hüquq və/və ya mənafeyini digər formada pozan hesab edə bildiyi materiallar ala bilər.
Bu halda, "Rus Dilində Təhsil" Portalından və/və ya onun xidmətlərindən istifadə ilə bağlı olaraq, o cümlədən digər İstifadəçilərin qeyri-qanuni şəkildə materialların yerləşdirməsi ilə İstifadəçinin hüquqları və/və ya mənafeyinin pozulduğu aşkar edildikdə, bu haqda support@pushkin.institute ünvanına yazılı bildiriş göndərilməsi yolu ilə xəbər vermək lazımdır. Həmin bildirişdə pozuntunun baş verdiyi şərait ətraflı təsvir edilməli və "Rus Dilində Təhsil" Portalının İstifadəçinin hüquqları və/və ya mənafeyini pozan materialların olduğu müvafiq səhifəsinə hipermətni istinad verilməlidir.
6.5 İstifadəçiyə "Rus Dilində Təhsil" Portalı və onun servisllərinin iş qabiliyyətini pozmaq qadağandır.
6.6 İstifadəçinin özünü başqa şəxs kimi və ya buna kifayət qədər hüquqları olmadan müəyyən təşkilat və/və ya birliyin nümayəndəsi, o cümlədən «A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu» АТ FDBTM-nın və onun regional mərkəzlərinin əməkdaşı, forumların moderatoru kimi qələmə verməyə, həmçinin İnternetdə digər şəxslərin qeyi-qanunı təmsilçiliyinin hər hansı forma və üsullarını tətbiq etməyə, habelə İstifadəçiləri və İnstitutu öz səlahiyyətləri, eləcə də hansısa subyekt və obyektlərin xassə və xarakteristikaları xüsusunda aldatmağa haqqı yoxdur.
6.7 İnstitut "Rus Dilində Təhsil" Portalından hər hansı bir materialı silmək və ya onlardan istifadə edilməsini birtərəfli qaydada, bunun səbəbini izah etmədən müvəqqəti olaraq məhdudlaşdırmaq hüququnu öz ayağında saxlayır.
7."Rus Dilində Təhsil" Portalının kontenti üzərində müstəsna hüquqlar
7.1 "Rus Dilində Təhsil" Portalının vasitəsilə əlçatan olan bütün obyektlər, o cümlədən dizayn elementləri, mətnlər, tədris materialları, qrafik təsvirlər, illüstrasiyalar, video, audio, proqramlar, məlumat bazaları, kurslar və digər obyektlər «A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu» АТ FDBTM-in, digər Hüquq Sahiblərinin müstəsna hüquqlarının obyektidir və onların haqqında məlumat müvafiq obyektlərdə yerləşdirilib.
7.2 "Rus Dilində Təhsil" Portalının İstifadəçi ilə Müqavilənin 7.1-ci bəndində göstərilmiş bütün materiallardan, eləcə də "Rus Dilində Təhsil" Portalının hər hansı digər elementlərindən istifadə etmək yalnız bu və ya digər servislə təklif olunan funksional çərçivəsində mümkündür. "Rus Dilində Təhsil" Portalı məzmununun heç bir elementi, həmçinin "Rus Dilində Təhsil" Portalında yerləşdirilmiş hər bir kontent, İnstitutun, Hüquq Sahibinin ilkin razılığı olmadan digər şəkildə istifadə edilə bilməz.
7.3 İstifadəçi tərəfindən "Rus Dilində Təhsil" Portalının məzmunu və onun servislərindən, həmçinin hər hansı materiallardan şəxsi qeyri-kommersiya məqsədi ilə istifadə edilməsinə müəlliflik hüququ, əlaqəli hüquqlar, əmtəə nişanları, müəlliflik barədə digər bildirişlərin, bütün mühafizə nişanlarının qorunması (saxlanması), müəllifin adının(və ya təxəllüsünün)/hüquq sahibinin adının dəyişməz olaraq saxlanılması, müvafiq obyektin qorunub saxlanması şərti ilə yol verilir. Mövcud qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar istisna təşkil edir.
7.4 "Rus Dilində Təhsil" Portalı materiallarından sitat gətirillən zaman İstifadəçi "Rus Dilində Təhsil" Portalına istinad (link) göstərməyi öhdəsinə götürür.

8. Zəmanətin olmaması. Məsuliyyət
8.1 İnstitut "Rus Dilində Təhsil" Portalında xətaların olmadığına zəmanət vermir, həmçinin "Rus Dilində Təhsil" Portalından istifadə nəticəsində, eləcə də İnternet şəbəkəsinin iş qabiliyyətinin ucbatından yaranmış birbaşa və ya dolayı zərərə —xidmətin tam həcmdə alınmaması, əldən buraxılmış qazanc, informasiya itkisi, o cümlədən, mümkün səhv və ya çap xətaları — görə heç bir məsuliyyət daşımır.
8.2 İnstitut "Rus Dilində Təhsil" Portalının İstifadəçinin tələblərinə cavab verəcəyinə; "Rus Dilində Təhsil" Portalından istifadə etməklə alınacaq nəticələrin dəqiq və etibarlı olacağına; "Rus Dilində Təhsil" Portalından istifadə etməklə alınmış hər hansı bir məhsul, xidmət, informasiya və istifadəçi materiallarının keyfiyyətinin İstifadəçinin gözləntilərinə uyğun olacağına zəmanət vermir; həmçinin "Rus Dilində Təhsil" Portalının İstifadəçinin unikal nadir konfiqurasiyalı proqram təminatı və avadanlığı ilə birgə işinə təminat verilmir.
8.3 İstifadəçi Portalın servislərinin köməyi ilə əlçatan olan hər hansı materiallar və/və ya informasiyadan istifadə edilməsinin mümkün nəticələrinə görə, o cümlədən, bunun İstifadəçinin kompüterinə və ya üçüncü şəxslərə vura biləcək ziyana görə, məlumatların itkisinə və ya hər hansı digər zərərə görə şəxsən özü məsuliyyət daşıyır.
8.4 «A. S. Puşkin adına Dövlət Rus Dili İnstitutu» АТ FDBTM-i bu İstifadəçi ilə Müqavilənin hər hansı müddəasının qəsdən və ya ehtiyatsızlıq üzündən pozulduğu halda, həmçinin başqa İstifadəçinin kommunikasiyalarına icazəsiz daxil olma nəticəsində İstifadəçinin çəkə biləcəyi hər hansı zərəri ödəmir.
8.5 İnstitut "Rus Dilində Təhsil" Portalı ilə iş prosesində rəfedilməz qüvvələrin təsiri, həmçinin telekommunikasiya, kompüter, elektrik və digər sıx əlaqədar sistemlərdə hər hansı bir nasazlıq nəticəsində yaranan ləngimə və fasilələrə görə məsuliyyət daşımır.
8.6 İstifadəçinin "Rus Dilində Təhsil" Portalından istifadə etməsi üçün zəruri texniki və proqram vasitələri olmadığı təqdirdə İnstitut həmin Portalın lazımi fəaliyyəti üçün məsuliyyət və istifadəçilərin belə vasitələrlə təmin edilməsi üzrə heç bir öhdəlik daşımır.
8.7 Portalın hər hansı məzmunu, müəllif hüquqlarının qeydiyyatı və bu cür qeydiyyat haqqında məlumatlarla, Portalda əlçatan olan və ya xarici (kənar) saytlar və ya İstifadəçinin resurslardan, yaxud onun "Rus dilində Təhsil" Portalında yerləşdirilmiş məlumat və ya xarici resurslara istinadlardan istifadə edərək girdiyi digər əlaqələri vasitəsilə əldə edilmiş əmtəə və xidmətlərlə bağlı hər hansı mümkün və ya baş vermiş itki və ya dolayı zərərlə ilə əlaqədar İnstitut İstifadəçi qarşısında məsuliyyət daşımır və onun birbaşa və ya vasitəli (dolayı) öhdəlikləri yoxdur.

9. İstifadəçi ilə Müqavilənin şərtlərinin pozulması
  • 9.1 İstifadəçi ilə Müqavilənin şərtlərinin və/və ya Rusiya qanunvericiliyi tələblərinin pozulduğu təqdirdə İnstitut İstifadəçinin uçot yazısının bütövlükdə bağlamaq, "Rus Dilində Təhsil" Portalının xidmətlərinin göstərilməsini məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu öz ayağında saxlayır.
    • 9.1 İstifadəçi ilə Müqavilənin şərtlərinin və/və ya Rusiya qanunvericiliyi tələblərinin pozulduğu təqdirdə İnstitut İstifadəçinin uçot yazısının bütövlükdə bağlamaq, "Rus Dilində Təhsil" Portalının xidmətlərinin göstərilməsini məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu öz ayağında saxlayır.
  • 9.2 İstifadəçi ilə Müqavilənin və ya "Rus Dilində Təhsil" Portalından istifadə şərtlərini ehtiva edən digər sənədin hər hansı müddəasının pozulduğu təqdirdə, həmçinin "Rus Dilində Təhsil" Portalının fəaliyyətinin dayandırıldığı halda, yaxud texniki nasazlıq və ya problem səbəbindən "Rus Dilində Təhsil" Portalına daxilolma (giriş) dayandırıldığı üçün İnstitut İstifadəçi və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
    • 9.2 İstifadəçi ilə Müqavilənin və ya "Rus Dilində Təhsil" Portalından istifadə şərtlərini ehtiva edən digər sənədin hər hansı müddəasının pozulduğu təqdirdə, həmçinin "Rus Dilində Təhsil" Portalının fəaliyyətinin dayandırıldığı halda, yaxud texniki nasazlıq və ya problem səbəbindən "Rus Dilində Təhsil" Portalına daxilolma (giriş) dayandırıldığı üçün İnstitut İstifadəçi və ya üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.

10. Digər müddəalar
10.1 Bu İstifadəçi ilə Müqavilə Rusiya Federasiyası qanunvericiliyinə uyğun surətdə tənzimlənir və təfsir edilir. Həmin İstifadəçi ilə Müqavilənin tənzimləmədiyi məsələlər Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq həll edilməlidir. Bu Müqavilə ilə tənzimlənən münasibətlərdən irəli gələn bütün mümkün mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə təsbit olunmuş qaydada, Rusiya hüquq normalarına uyğun olaraq həll edilir. Həmin Müqavilə mətninin hər yerində, əgər açıq-aydın surətdə başqa izah verilməyibsə, "qanunvericilik" termini altında Rusiya Federasiyasının qanunvericiliyi başa düşülür.
10.2 Həmin İstifadəçi ilə Müqavilənin hər hansı müddəasının təsirsiz və və hüquqi qüvvəsi olmayan hesab edildiyi halda bu, İstifadəçi ilə Müqavilənin digər müddəalarının təsirli, tətbiq edilə bilən və hüquqi cəhətdən məcburi olduğuna təsir göstərmir.
10.3 Həmin İstifadəçi ilə Müqavilənin müddəalarının pozulduğu təqdirdə İnstitutun fəaliyyətsizliyi İnstitutu sonradan öz mənafeyinin müdafiəsi və "Rus Dilində Təhsil" Portalının qanunvericiliyə uyğun olaraq mühafizə edilən materialları üzərində müəlliflik hüquqlarının qorunmasını üzrə müvafiq tədbirlər görmək hüququndan məhrum etmir.