Məxfilik Siyasəti


Şəxsi məlumatların mühafizəsinə yönəlmiş Məxfilik Siyasəti (bundan sonra Məxfilik Siyasəti) İnternet şəbəkəsində www.pushkininstitute.ru ünvanındakı saytda (bundan sonra Sayt) yerləşdirilmiş
və Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən, Saytın sahibi və inzibatçısı olan "A.S. Puşkin adına Rus Dili İnstitutu" (bundan sonra "Operator") Federal Dövlət Büdcə Təhsil Müəssisəsinin (FDBTM) İstifadəçi barəsində o, Saytdan, onun xidmətləri və orada yerləşdirilmış materiallardan istifadə etdiyi zaman əldə edə biləcəyi bütün məlumatlar xüsusunda qüvvədədir.
Saytda qeydiyyatdan keçmək, həmçinin Saytın xidmətləri və orada yerləşdirilmış materiallarından istifadə etmək İstifadəçinin bu Məxfilik Siyasəti və orada göstərilmiş məxfi informasiya şərtləri ilə qeyd-şərtsiz razı olması deməkdir. Bu şərtlərlə razı olmadıqda, İstifadəçi Saytın xidmət və servislərinin istifadəsindən imtina etməlidir.

1. Ümumi müddəalar
1.1. Bu Məxfilik Siyasəti çərçivəsində məxfi informasiya dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.1.1. İstifadəçilərin qeydiyyat zamanı (uçot yazısı yaradılarkən) və ya Saytın xidmətləri və materiallarından istifadə etməsi prosesində özləri haqda sərbəst surətdə təqdim etdikləri şəxsi məlumatlar, o cümlədən istifadəçinin soyadı, adı, elektron poçtunun ünvanı. İstifadəçinin göstərdiyi şəxsi məlumatların siyahısı həmin Məxfilik Siyasətinə dəyişikliklərin edilməsi yolu ilə genişləndirilə bilər.
1.1.2. Saytın xidmətlərindən istifadə etmə prosesində istifadəçilərin qurğularında quraşdırılmış proqram təminatının (PT) vasitəsilə Saytın servislərinə avtomatik olaraq ötürülən məlumatlar, o cümlədən IP-ünvanı, cookie faylları məlumatları, istifadəçinin brauzeri (və ya servislərə daxil olmanın onun köməyi ilə həyata keçirildiyi digər proqram) haqqında informasiya, istifadəçilərin istifadə etdikləri avadanlıq və proqram təminatının texniki xarakteristikaları, xidmətə daxil olmanın tarix və vaxtı, soruşulan səhifələrinin ünvanları və digər bu cür məlumatlar.
1.1.3 İstifadəçinin təlim prosesində aldığı və Saytda istifadəçi üçün əlçatan olan informasiya.
1.2. Həmin Məxfilik Siyasəti yalnız www.pushkininstitute.ru Saytına tətbiq olunur. Sayt istifadəçilərin www.pushkininstitute.ru Saytında əlçatan olan istinadlar (linklər) üzrə keçə biləcəyi üçüncü şəxslərin saytlarına nəzarət etmir və onlara görə məsuliyyət daşımır.
1.3. internetə İstifadəçilərin məxfi məlumatlarına daxil olmaq imkanı alaraq, Operator onların məxfiliyini təmin etməyi, əgər "Şəxsi Məlumatlar haqqında" 27.07.2006 tarixli və 152-FQ saylı Federal Qanunla və bu Məxfilik Siyasəti ilə başqa hal nəzərdə tutulmayıbsa, şəxsi məlumatları istifadəçilərinin razılığı olmadan üçüncü şəxslərə açmamağı və yaymamağı öhdəsinə götürür

2. Məxfi informasiyanın toplanması və işlənməsi məqsədləri
2.1. Qanunvericiliklə məxfi informasiyanın qanunla müəyyən edilmiş müddət ərzində mütləq saxlanılmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, Operator yalnız Saytın onlardan ötrü fəaliyyət göstərdiyi servis və xidmətlərin göstərilməsi məqsədləri üçün vacib olan məlumatarı toplayır və saxlayır.
2.2. İstifadəçinin şəxsi məlumatları Sayt tərəfindən aşağıdakı məqsədlər üçün işlənilir:
2.2.1. Saytda qeydə alınmış İstifadəçinin Sayt tərəfindən nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün identifikasiyası;
2.2.2. İstifadəçiyə Saytın şəxsləndirilmiş resurslarına çıxışın verilməsi;
2.2.3. İstifadəçi ilə əks rabitənin yaradılması, Saytdan istifadə edilməsinə, xidmətlərin göstərilməsinə aid olan bildiriş və sorğuların göndərilməsi, İstifadəçinin sorğu və ərizələrinin işlənməsi də daxil olmaqla;
2.2.4. Saytın xidmətlərinə tələbatın statistik təhlili üçün İstifadəçinin olduğu yerin müəyyən edilməsi;
2.2.5. əgər İstifadəçi uçot yazılarının yaradılmasına razılıq veribsə, Saytın xidmətlərinə çıxışın alınması üçün uçot yazılarının yaradılması;
2.2.6. Saytdan istifadə olunaması ilə bağlı problem yarandıqda İstifadəçiyə dəstəyin verilməsi.

3. İstifadəçilərin məxfi məlumatlarının işlənməsi və saxlanması şərtləri
3.1. Məxfi informasiyanın işlənməsi müddət məhdudiyyəti olmadan hər bir qanuni yolla, o cümlədən avtomatlaşdırma və elektron alınması vasitələrindən istifadə etməklə həyata keçirilir.
İstifadəçilərin şəxsi məlumatlarının işlənməsi "Şəxsi Məlumatlar haqqında" 27.07.2006 tarixli, 152-FQ saylı Federal Qanuna və Şəxsi Məlumatların Mühafizəsinə dair Əsasnaməyə (şəxsi məlumatlara dair siyasətə) uyğun olaraq həyata keçirilir.
Şəxsi məlumatların işlənməsi dedikdə, şəxsi məlumatlarla avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etmədən həyata keçirilən hər cür hərəkət (əməliyyat) və ya hərəkətlərin (əməliyyatların) məcmusu, o cümlədən şəxsi məlumatların yığılması, yazılması, sistemləşdirilməsi, toplanması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadəsi, ötürülməsi (yayılması, verilməsi, daxilolma), şəxsizləşdirilməsi, qapadılması, silinməsi, məhv edilməsi nəzərdə tutulur.
3.2. Şəxsi məlumatlar itirildikdə və ya hamıya bildirildikdə Operator İstifadəçiyə şəxsi məlumatların itirildiyi və ya yayıldığı haqda xəbər verir.
3.3. Məxfi məlumatların itirildiyi və ya hamıya bildirildiyi təqdirdə, əgər bu məxfi informasiya:
3.3.1. onun itirilməsi və ya yayılmasından əvvəl hamıya məlum olmuşdursa;
3.3.2. Operatorun onu almamışdan əvvəl onu üçüncü tərəf əldə edibsə;
3.3.3. İstifadəçinin razılığı ilə yayılıbsa,
Operator heç bir məsuliyyət daşımır.
3.3. Operator məxfi məlumatları qanunsuz və ya təsadüfi daxilolmadan, silinməkdən, qapadılmaqdan, kopiyalamaqdan, dəyişdirilməkdən, təqdim edilməkdən, yayılmaqdan, həmçinin məxfi informasiya xüsusunda digər qanunsuz hərəkətlərdən mühafizəsi üçün zəruri hüquqi, təşkilati və texniki tədbirlər görür.
3.4. Operator İstifadəçi ilə birlikdə məxfi məlumatların itirilməsi və ya yayılmasının doğurduğu zərərin və ya digər mənfi nəticələrin qarşısının alınması üzrə bütün lazımi tədbirləri görür.
3.5. Operator bunları etməyə borcludur:
3.5.1. alınmış şəxsi məlumatlardan yalnız bu Məxfilik Siyasətində göstərilmiş məqsədlər üçün istifadə etməli;
3.5.2. məxfi informasiyanın gizli saxlanmasını təmin etməli, İstifadəçinin ilkin yazılı razılığı olmadan yaymamalı, həmçinin bu Məxfilik Siyasətində nəzərdə tutulanlar istisna olmaqla, verilmiş məxfi informasiyanın satışı, mübadiləsi, dərc edilməsi və ya başqa mümkün üsullarla yayılmasını həyata keçirməməli;
3.5.3. İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini mühafizə etmək üçün mövcud işgüzar dövriyyədə bu cür informasiyanı qorumaq məqsədi ilə adətən istifadə edilən qaydaya əsasən ehtiyat tədbirləri görmək;
3.5.4. İstifadəçinin və ya onun qanuni nümayəndəsinin, yaxud müvəkkil orqanının şəxsi məlumat subyektləri hüquqlarının müdafiəsi üzrə sorğu və ya müraciət etdiyi andan etibarən mötəbər olmayan şəxsi məlumatlar və ya qanunsuz hərəkətlər aşkar edildiyi halda yoxlama zamanı müvafiq İstifadəçiyə aid şəxsi məlumatların qapadılmasını həyata keçirmək.
3.6 Operator məxfi informasiyanı İstifadəçini şəxsi məlumatların subyekti kimi müəyyən etməyə imkan verən formada məxfi informasiyanın işlənməsi məqsədlərinin tələb etdiyi müddətdən çox saxlamır. Işlənən şəxsi məlumatlar işlənmə məqsədlərinə nail olunduqdan və ya bu məqsədlərə nail olmağa ehtiyac artıq olmaqıdan sonra məhv edilməli və ya şəxssizləşdirilməlidir.

4. Məxfi məlumatların üçüncü şəxslərə verilməsi şərtləri və qaydası
4.1. İstifadəçinin özü haqqında informasiyanı könüllü surətdə qeyri-məhdud sayda şəxslərin ümumi istifadəsinə verdiyi hallardan başqa, İstifadəçinin məxfi məlumatlarının məxfiliyi mühafizə edilir. Saytın ayrı-ayrı xidmətlərindən istifadə zamanı İstifadəçi onun məxfi informasiyasının müəyyən hissəsinin hamı üçün əlçatan olacağı ilə razılaşır.
4.2. Operator aşağıdakı hallarda İstifadəçinin şəxsi məlumatlarını üçüncü şəxslərə vermək hüququna malikdir:
4.2.1. İstifadəçi bu cür hərəkətlərə razı olduğunu bildirib;
4.2.2. verilmə İstifadəçinin Saytın müəyyən servis və ya xidmətlərindən istifadə etməsi üçün lazımdır;
4.2.3. verilmə qanunvericiliklə müəyyən olunmuş prosedurlar çərçivəsində Rusiya qanunvericiliyində və ya digər tətbiq edilə bilən qanunvericilikdə nəzərdə tutulub.

5. İstifadəçinin hüquq və vəzifələri
5.1 İstifadəçinin hüquqları:
5.1.1 onun şəxsi informasiyasının, o cümlədən özü haqda şəxsi məlumatlarının işlənməsi barədə məlumat almaq; İstifadəçinin öz şəxsi məlumatlarına daxilolma hüququ Federal qanunlara uyğun olaraq məhdudlaşdırıla bilər;
5.1.2, Operatordan öz məxfi informasiyasının, o cümlədən şəxsi məlumatlarının dəqiqləşdirilməsini, şəxsi məlumatlar natamam, köhnəlmiş, qeyri-dəqiq, qanunsuz yolla əldə edilmiş və ya göstərilmiş işlənmə məqsədləri üçün qeyri-zəruri olduğu halda onların qapadılmasını və ya məhv edilməsini, həmçinin öz hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini tələb etmək;
5.2: İstifadəçinin vəzifələri
5.2.1. Saytdan istifadə etmək üçün zəruri olan şəxsi məlumatlar haqda informasiyanı təqdim etmək;
5.2.2. Şəxsi məlumatlarda dəyişikliklər baş verdiyi halda onlar haqda verilmiş informasiyanı yeniləndirmək, tamamlamaq.

6. Əlavə şərtlər
6.1. Operator İstifadəçinin razılığı olmadan bu Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququna malikdir.
6.2. Əgər Məxfilik Siyasətinin yeni redaksiyasında başqa hallar nəzərdə tutulmamışdırsa, yeni Məxfilik Siyasəti Saytda yerləşdirildiyi andan qüvvəyə minir.
6.3. Bu Məxfilik Siyasəti və İstifadəçi ilə Saytın Administrasiyası arasındakı münasibətlərə Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi tətbiq edilir.
6.4. Bu Məxfilik Siyasəti üzrə bütün təklif və sualları - support@pushkin.institute gəndərmək lazımdır.
6.5. Qvvədə olan Məxfilik Siyasəti bu ünvandakı səhifədə yerləşdirilib: www.pushkininstitute.ru/confidentialy_terms
6.6. Həmin Məxfilik Siyasəti www.pushkininstitute.ru/user_agreement ünvanındakı səhifədə yerləşdirilmiş İstifadəçi ilə Müqavilənin, həmçinin www.pushkininstitute.ru/privacy_policy ünvanındakı səhifədə yerləşdirilmiş Şəxsi Məlumatların Mühafizəsinə dair Əsasnamənin ayrılmaz hissəsidir.